Gizlində sevdiyim oğlanın başqası ilə evlənəcəyindən qorxuram...

    21.01.2018
Sual: 
Salam Aleykum. Mənim sevdiyim bir insan var. 4 ildi sevirəm onu. Amma o bilmir. Ve meni sevdiyi yahud sevmediuinidə bilmirəm. Həqiqətən cox istəyirem, və bu şey haqda cox üzgünəm.. Hələ xalaoglumdu deyə. Gelecekde qorxuram ki başkasıyla evlənər, başkasını sevər ona dayana bilmərəki. Allaha dua edirəm, amma.. Əgər o meni sitəmirse, amma men onu he, bu nece olur ki? Bu Allahdan mıdır? Yoxsa şeytandandır. Uşagca sevgi deyil bilirem. Be her defe deyirem, vəssalam bitdi sevgim, amma sehv edirem.. Deyərsiniz ki, dua et. Bəzən edirem. Ne edim bilmirem, gunah edirem, ya yox onuda bilmirem. Xəyallarımda sadece o var..
Cavab: 
Va aleykum Salam. Əvvəlcə qeyd edək ki, evlənmək niyyəti ilə olmayan sevgi haramdır və böyük günah olan zinaya aparır. Bu sevgi həmçinin insanın qəlbini məşğul edir və ona iztirab verir. Evlənmək niyyəti ilə sevirsinizsə, istixarə namazı qılıb ona xəbər göndərə və ya özünə yaxınlaşaraq deyə bilərsiniz. Mənfi cavab alsanız, sadəcə həmin insanı unudun və Allaha çoxlu dua edərək sizə daha xeyirli həyat yoldaşı nəsib etməsini istəyin. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: