Müaviyə səhabə sayılırmı?
Sual:
Əssələmu aleykum və rahmətuLLAHİ və bərəkətuhu. Sizə bir sualım var. Bilmək istərdim ki şiələrin düşmən kimi baxdığı Müaviyyəyə əhli sünnə tərəfindən necə baxılır:düşmən ya səhabə?
Cavab:
Və aleykumus-Sələm va rahmətullahi va bərakətuhu. Müaviyə səhabə sayılır və ona lənət oxumaq, onu söymək qul haqqına girmək günahındandır. Muaviyənin müəyyən səhvləri olsa da, bu onu İslam dinindən çıxarmır. Ona lənət oxuyanlar və onu söyənlər isə Qiyamət günü Allah qarşısında cavab verməli olacaqlar. Muaviyə (Allah ondan razı olsun) haqda deyilənlərdən bəziləri:
Peyğəmbər (salləllahu aleyhi və səlləm) Müaviyə üçün dua edərək demişdir: "Ey Allahım, onu doğru yol göstərən və doğru yol ilə gedən et! Onunla doğru yol göstər". (ət-Tirmizi, 4113).
Digər hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun üçün dua edib demişdir: "Ey Allahım, Müaviyəyə yazmağı və hesablamağı öyrət, onu əzabdan qoru". (İmam Əhməd, 4/127).
Muaviyə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabəsi, həyat yoldaşı tərəfdən qohumu və vəhy katibi olmuşdur. Həmçinin oxuyun: