Kərbəladan gələnlərin ayaqlarını öpmək düzgündürmü?

    26.01.2018
Kimdən: 
Əli Səlimov
Sual: 
Mən neçə videoda görmüşəm ki bəzi insanlar kərbəladan gələnlərin ayaqlarını öpür. Sualım belədir ki , onların əməli yalnışdır yoxsa həqiqətən elə asiqdirler ki, biz başa düşə bilmirik?
Cavab: 
Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) üç məsciddən başqa heç bir yerə ziyarət məqsədilə səfər etməyə icazə verməmişdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Üç məsciddən başqa heç bir yerə (ibadət məqsədi ilə) səfər etmək olmaz: (bu) – Məscidul-Həram (Məkkədə yerləşən Kəbə), Peyğəmbərin məscidi (Mədinədə yerləşir) və Məscidul-Əqsadır (Qüdsdə yerləşir)". (əl-Buxari, 1189). Quranda və səhih hədislərdə Uca Allah Kərbəlaya yox, həccə getməyi əmr edib: "Allah üçün həcc və ümrəni tam yerinə yetirin". (əl-Bəqərə, 196). Həmçinin, ziyarətə gedən insanı müqəddəsləşdirərək ayaqlarını öpmək, onunla qarşılaşdıqda baş əymək və s. şişirtmələr etmək qadağandır. Abdullah ibn Əbi Avfə (Allah ondan razı olsun) rəvayət edir ki: "Muaz Şamdan gəldiyi zaman Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səcdə etdi. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun): "Bu nədir, ey Muaz!" - deyə buyurdu. Muaz (Allah ondan razı olsun) dedi: "Mən Şamda olarkən onların rahiblərinə səcdə etdiklərini gördüm və daxilimdən bu hərəkəti sənin üçün də etmək fikrinə düşdüm" - deyə cavab verdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Əgər mən Allahdan başqasına səcdə etməyi hər hansı bir kimsəyə əmr verməli olsaydım, qadının öz ərinə səcdə etməsini əmr edərdim... ". (İbn Məcəh, 1853). Həmçinin oxuyun:
Paylaş: