16 yaşlı oğlan özünə hakim ola bilməyib zina edibsə, bağışlanarmı?
Sual:
16 yaşda olan oğlan cinsi əlaqədə olubsa bu günahdırmı hisslərinə hakim olmaqi bacarmayıb Allah bağışlayarmi ?
Cavab:
Salam aleykum. Şəriətə uyğun qaydada kəbin olmadan cinsi əlaqə zina sayılır və böyük günahlardandır. Uca Allaha səmimi qəlbdən peşman olaraq tövbə etmək, daha sonra günahların bağışlanması üçün çoxlu xeyirli əməllər etmək lazımdır. Rəbbimiz günahları bağışlayan və tövbələri qəbul edəndir. Uca Allah buyurur:"Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin". (ət-Təhrim, 8). Daha ətraflı: