Nişanlım hicab bağlamağıma yalnız toydan sonra icazə verir, nə edim?

    29.01.2018
Sual: 
Salam.Size bir sualim var.Men bas ortmek isteyirem.Amma kebinli nisanlim icaze vermir.Deyir toydan sonra.Onun icazesi olmadan bas orte bilerem?
Cavab: 
Va aleykum Salam. Hicab Uca Allahın müsəlman qadınlara olan əmridir. Hicab, namaz və Allahın digər vacib buyurduğu əməlləri yerinə yetirmək üçün heç kimdən icazə almaq lazım deyil. Allahın əmrindən çıxmaq məsələlərində isə nişanlınız, əriniz, valideynləriniz olsa belə heç kimə itaət etmək olmaz. Nişanlınızın Allahın əmrinə qarşı çıxmağı, yaxud Allahın əmrini yerinə yetirməyə mane olması böyük günahdır və bu məsələni fitnə çıxarmadan, gözəl əxlaqla ona izah edərək hicab geyinmək lazımdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095). Daha ətraflı:
Teqlər: 
Paylaş: