Cənazə namazı üçün qüsl almaq vacibdirmi?
Sual:
salam aleykum allah rizasi ucun bacardiqca tez cavab verin
1.cenaze namazinda qusul almaq ferzdirmi?
2.men ehli sunne eqidesine uygun ibadet edirem.ama cenaze namazi sie eqidesine uygun qilinir bu camahata qosulub namaz qila bileremmi?
Cavab:
Va aleykum Salam.
1. Cənazə namazı üçün ayrıca qüsl almaq şərt deyil, ancaq boynunda qüsl varsa, alması vacibdir. Həmçinin cənazə üçün dəstəmaz almaq da təkid olunmuş əməllərdəndir. Həmçinin oxuyun:
2. Namaz yalnız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) qıldığı və səhabələrinə (Allah onlardan razı olsun) də həmin qıldığını öyrətdiyi kimi olmalıdır. Uca Allah bütün ibadətləri yalnız Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) kimi etməyi buyurmuşdur. Ona görə də hər kim namazı Allah Rəslunun (salləllahu aleyhi və səlləm) buyurduğu şəkildə qılırsa, onun arxasında qılmaq olar. Kim bundan kənara çıxarsa, onun arxasında namaz qılmaqdan çəkinmək lazımdır. Daha ətraflı: