Heyz olan halda imam ziyarətinə getmək olarmı?

    02.02.2018
Sual: 
İmam ziyarətində ikən qadın heyz olsa nə etməlidir. Nəzərə alaq ki bu ziyarət çətinliklə əldə edilib ziyarət etmədən dönməkmi lazımdır ya burada hansı əməllərə riayət etməlidir
Cavab: 
Salam aleykum. Dinimizin buyurduğu yerlər (Kəbə, Mədinə, Məscidul-Əqsa) istisna olmaqla, imamların məqbərələri, ocaqları, pirləri və s. bu kimi ziyarətgahları ziyarət etməyi qadağan etmişdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə demişdir: "Üç məsciddən başqa heç bir yerə (ibadət, ziyarət məqsədi ilə) səfər etmək olmaz: (bu) – Məscidul-Həram (Məkkədə yerləşən Kəbə), Peyğəmbərin məscidi (Mədinədə yerləşir) və Məscidul-Əqsadır (Qüdsdə yerləşir)". (əl-Buxari, 1189).
Ümumən heyz halında qadına namaz qılmaq, oruc tutmaq, ehtiyac olmadığı halda məscidin içinə girmək, Quranı ələ götürərək oxumaq (əzbərdən oxuya bilər) və cinsi əlaqəyə girmək olmaz. Daha ətraflı:
Paylaş: