Allaha dua etməyə utanıram...

    02.02.2018
Kimdən: 
nnnnnn
Sual: 
Salam.Mən cox utancaq bir insanam.Bunun ücün Allahdan bir şey istəyə bilərəmmi? 2Mənim icimdə hər daim sıxıntı və narahatlıq olur.Bəs bunun ücün Allahdan nəsə istəyə bilərəmmi? 3Mən bir insanla mübahisə etdiyim zaman,əsəbləşdiyimdə aglayıram.Bunun ücün Allahdan nə istəyə bilərəm?
Cavab: 
Va aleykum Salam.
1. Allaha dua etməkdən utanmaq tamamilə səhv fikirdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allah Ondan istəməyənə qəzəblənər". (İmam Əhməd, 2/442; ət-Tirmizi, 3373). Uzun bir qüdsi hədisdə Uca Allah buyurur: "... Ey Mənim qullarım! Mənim doğru yola yonəltdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz. Elə isə Məndən doğru yol istəyin, Mən də sizi doğru yola yonəldim. Ey Mənim qullarım! Mənim yedirtdiyim kəslərdən başqa hamınız acsınız. Elə isə Məndən yemək istəyin, Mən də sizi yedirdim. Ey Mənim qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çılpaqsınız. Elə isə Məndən geyim istəyin, Mən də sizi geyindirim. Ey Mənim qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahları bağışlayıram. Elə isə Məndən bağışlanma diləyin, Mən də sizi bağışlayım...". (Muslim, 6737). Bu və digər bir çox hədislər ona dəlildir ki, insan bütün ehtiyaclarını Allahdan istəməlidir. Səhabələr hətta xəmirin duzunu və qoyunun yemini də Allahdan istəyərdilər. Aişə (Alla ondan razı olsun) demişdir: "Allahdan hər bir şeyi istəyin, hətta ayaqqabınızın bağını da, çünki Allah bunu sizin üçün asanlaşdırmasa, onu əldə edə bilməzsiniz". (əl-Heysəmi "Məcməuz-Zəvaid", 17222). Həmçinin oxuyun:
2. Ümumi şəkildə öz sözlərinizlə Allahdan qəlbinizə rahatlıq verməsi üçün dua edə bilərsiniz. Həmçinin Quran oxumaq, dinləmək və Allahı çox zikr etmək də qəlbi rahatlaşdıran əməllərdəndir. Uca llah buyurur: "Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır". (ər-Ra'd, 28). Həmçinin oxuyun:
3. Ümumiyyətlə çalışmaq lazımdır ki, mümkün qədər mübahisədən, ona aparan səbəblərdən və mübahisəli yerlərdən uzaq olasınız. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: