Qadına toxunmağın dəstəmazı pozmadığına aid dəlil varmı?

    20.01.2018
Kimdən: 
Nusalov Samir
Sual: 
es selamu aleykum va rahmetullahi va barakatuh.Qardawlar.bir ezleyici size sual verib bilerekden veya bilmeyerekden namehrem qadina toxunduqda destemaz pozulurmu.cavab olaraq xeyr pozulmur yazmisiz.bes o qadinlar bize namehremdise nece.bezi qardawlar pozuldugu deyir.etrafli delil gosdererek yazsaz yaxsi olardi.egerki buna dair sehih hedisler varsa ki pozulmur bawimizin ustunde yeri var.indiki zemanede qohumlarala el verib goruwmesek esitmediyimiz soz qalmir.bu yolla yeniki destemazim var goruse bilmeyecem desem bu menim ucun gunah olarmi.eger pozulmursa ve men harama bulawmamaq ucun destemazim var deyib gorusmesem bu hereketim ve sozum gunahdurmi.esselamu aleykum va rahmetullahi va barakatuh
Cavab: 

Və aleykum Salam və rahmətullahi va bərakətuhu. Hər hansı bir amilin dəstəmazı batil etdiyini iddia edən şəxs onu sübuta yetirmək üçün dəlil gətirməlidir. Qadına şəhvətlə və ya şəhvətsiz toxunmağın dəstəmazı pozmasına aid Quran və səhih hədislərdə heç bir dəlil yoxdur. Ona görə qadına toxunmaq dəstəmazı pozmur. Siz sadəcə gözəl şəkildə Allahın bunu qadağan etdiyini bildirin. Artıq bir neçə dəfədən sonra ətrafınızdakı insanlar buna öyrəşəcəklər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizdən birinizin başına iynə soxulması onun üçün halal olmayan bir qadına toxunmaqdan daha xeyirlidir". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 20/212). "Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar". (əl-Buxari, 6243). Aişə (Allah ondan razı olsun) belə demişdir: "Allaha and içirəm ki, Rəsulullahın (salləllahu aleyhi və və səlləm) əli qadın əlinə toxunma­mış­dır. Yalnız sözlə onlardan beyət aldı". (əl-Buxari "Əhkam", 49). Həmçinin oxuyun: Dəstəmazı pozan amillər 

Teqlər: 
Paylaş: