Əsr namazını beş dəqiqə əvvəl qılmaq günahdırmı?

    13.01.2018
Sual: 
Salam. Yaxşıki bu sayt var. Size bir sualım var.menim 15 yasim var.1 il olduki namaz qiliram. Wukur Allaha..Ve hazirliqlara getdiyim ucun bezen catdira bilmirem.ve ilkindi namazini 5 deqiqe tez qiliram. Goresen bu gunah olar. Men nece edim goresen. Cunki qeza etmeyi sevmirem isteyirem ki namazlarimi vaxtinda qilim. Indiden tewekkurler...
Cavab: 
Va aleykum Salam. İstisna halları çıxmaq şərti ilə hər bir namazı öz vaxtında qılmaq lazımdır, çünki hətta 5 dəqiqə tez olsa belə vaxtından əvvəl qılınan namaz batildir. Uca Allah buyurur: "Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103). Yalnız, zərurət hallarında və səfərdə namazları birləşdirərək vaxtından əvvəl qılmağa icazə var. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: