Körpənin çarpayısına "Ayətul Kursi"-ni yazıb qoymaq olarmı?

    02.03.2014
Sual: 
Salam aleykum. Yeni dogulan ushagin charpayisina "Ayetul-Kursi" yazib qoymaq olarmi? Eger qoymaq olmazsa onda ne edilmelidir? Allah razi olsun.
Cavab: 

Aleykum salam. "Ayətul Kursi"-ni (əl-Bəqərə, 255) və ya hər hansı bir ayəni, duanı yazıb yeni doğulan uşağın üzərinə və ya çarpayısına qoymaq olmaz. Çünki dinimizdə bu əməlin əsası yoxdur və bu əməl "bidət" (dinə gətirilən yenilik) hesab olunur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə (Allah onlardan razı olsun) Quran ayələrini, zikr və duaları öyrətmiş, lakin onları yazıb üzərində gəzdirməyi buyurmamışdır. Həmçinin oxuyun: Körpə uşaq yuxuda qorxub ağlayırsa, nə etmək lazımdır?

Teqlər: 
Paylaş: