Körpə uşaq yuxuda qorxub ağlayırsa, nə etmək lazımdır?

    28.01.2014
Sual: 
Salam aleykum. Ushagim geceler qorxaraq durub aglayir ele bil ustune ne ise cumur. Qurana qulaq asdirdiq dediler qorxub. Dua yazilib amma o dua ustunde olanda rahat yatir dua olmayanda eyni hal yene davam edir ve chox aglayir. Mene deyilir ki, sene namaz gelir gerek namaz qilasan ushagin duzeler. Bu duzdurmu ya yox? Xahish edirem bu suallara etrafli cavab veresiniz.
Cavab: 

Va aleykum Salam. Ümumiyyətlə xatırladaq ki, adətən kiçik uşaqlar yatarkən yuxuda belə hallar ilə rastlaşırlar. Buna görə ciddi narahat olmayın. Sadəcə olaraq uşaq qorxduqda ilk növbədə görülən iş onu şəriət yolu ilə müalicə etməkdir. Yəni uşağın valideyini Onu yatızıdırarkən, əlini başına qoyub Ayətu-l-Kursi, əl-İxlas, əl-Fələqən-Nas surələrini oxusa, bu hal inşallah bir müddətdən sonra uşaqdan keçib gedəcək. Yazılan duanı isə uşağın üstünə qoymaq lazım deyil. Daha yaxşısı, əlinizi uşağın başına qoyub deyilən surələri bərkdən oxumaqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Həsən və Hüseyni (Allah onlardan razı olsun) qorumaq üçün belə dua edərdi: "Uiyzukuməə bikəlimətilləəhi-t-təəm­məəti min kulli şeytaanin va həəmmətin va min kulli aynin ləəmmətin - (Hər bir şeytandan, zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəla­mlarınə həvalə edirəm)".
Bu və başqa səhih hədislərdən məlumdur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) duanı oxumuş və başqalarına da oxumağı buyurmuşdur. Ona görə də zikr və duaları yazmaq yox, oxumaq lazımdır. Səhih hədislərdə insanın şərdən qorunmaq üçün müəyyən zikr və dualar vardır. Bu zikr və duaları MÜSƏLMANIN QALASI adlı kitabçanı dini dükanlardan əldə edə bilərsiniz. Yuxuda qorxu keçirən bu duanı oxuya bilər. Bu duaları siz övladınız üçün də oxuya bilərsiniz: "Əuzu bikəliməti-l-ləhi-t-təmməti min ğadabihi va iqabihi, va şərri ibədihi va min həməzəəti-ş-şəyəətııni va ən yahduruni - Qəzəbindən və cəzasından, qullarının şərindən, şeytanın vəsvəsələrindən və onların mənə hazırladıqlarından Allahın tam kəlmələrinə sığınıram)". (Əbu Dəvud, 4/12; ət-Tirmizi, 3/171). 
Namaz qılmaq isə hər kəsə vacibdir. Bununla evinizdə İslami mühitin yaransın, Uca Allahın kəlamı oxunsun, zikr və dua olunsun və günah əməllər tərk olunsun. Çünki söylədiyiniz bu problemin yaranması Allaha itaət etməmək səbəbi ilə ola bilir. Məsələn, Allah Rəsulu buyumuşdur ki, pis yuxu görən 3 dəfə sol tərəfinə tüpürməli, 3 dəfə şeytandan və gördüyünün şərrindən "əuzu billəəhi minə-ş-şeytaani-r-raciim - Lənətlənmiş şeytanın şərrindən Allaha sığınıram" deyərək Allaha sığınsın, gördüyünü heç kəsə danışmasın, o biri böyrü üstə çevrilsin, istəsə, qalxıb iki rükət namaz qılsın. Gecə bir böyrü üstündən o biri böyrü üstünə çevrilərkən bu duanı etməsi yaxşıdır: "Ləə iləəhə illə-l-laahu-l-vaahidu-l-qahhəar, Rabbu-s-səməəvaati va-l-ardi va məə beynəhumə-l-aziizu-l-ğaffəar - Bir və Qüdrətli olan, səmaların, yerin və onların arasında olan hər şeyin Rəbbi, Qüvvətli və Bağışlayan Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur)".
Həmçinin Qurana qulaq asdırmaqda davam etməyiniz məsləhətdir. Uca Allah buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (inkarçıların) ancaq ziyanını artırır". (əl-İsra, 82).  O ki, qaldı üzərində dua asıb gəzdirməyə, bu cür əməllər şəriətlə icazə verilməyən əməllərdəndir. İnsanın namaz qılması isə onun həyatında baş verən hansısa qəribə hallarla bağlı deyil. Namaz qılmaq hər bir müsəlmanın Allah qarşısında qulluq vəzifəsidir. Uca Allah buyurur: "Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!" (əl-Bəqərə, 110).

Teqlər: 
Paylaş: