Ağlıma pis fikirlərin gəlməsinin qarşısını necə ala bilərəm?

    02.02.2018
Kimdən: 
Allah bəndəsi
Sual: 
Salam Aleykum.Mən əvvəlcə özümdən aslı olmayaraq dinlə məşğul oldum.Sonralar hətta namaz qılmaq belə istədim.Allahı sevdim,ona ibadət etməyi ürəkdən istədim.Sonralar ağlıma qəribə fikirlər gəldi.Məsələn namazı niyə qılıram,Allah yoxdu,axirət yoxdu,quran Allah kəlamı deyil.By fikirlərdən Allaha sığınıram xeyri olmur.Dua oxuyuram onunda xeyri yoxdu.Mən bu fikirlərdən necə azad ola bilərəm?Hətta ağlayıram belə.Bu Allahın sınağı ola bilərmi?Mən qəfildən dinlə məşğul olmaq Allah mənə hidayət mi vermişdir?Xahiş edirəm ətraflı məlumat yazasınız.İndidən təşəkkürlər.
Cavab: 
Va aleykum Salam. İnsanın beyninə gələn pis fikirlər onları həyata keçirmədikcə günah sayılmır. Dində bu kimi fikirlərə şeytanın vəsvəsələri deyilir. Belə fikirlər gələndə dərhal "Əuzu Billəhi Minə-ş-Şeytani-r-Racim" deyərək Uca  Allaha sığınmaq və "Əstəğfirullahə Va Ətubu İleyhi" deyərək çoxlu istiğfar (Allahdan bağışlanma) diləmək lazımdır. Həmçinin belə vəsvəsələrdən uzaq olmaq üçün dini bilikləri, Allaha olan ibadəti və zikrləri də artırmaq lazımdır. Bu kimi fikirlərlə mübarizə etmək yox, sadəcə əhəmiyyət verməmək lazımdır. Həmçinin daha çox quran oxuyun (həm ərəbcə, həm mənaca tərcümə), Quran oxunmasına qulaq asın və dini öyrənmək üçün daha çox vaxt ayırın. Daha ətraflı:
Allahla qarşı pis fikirlərdən necə xilas olum?
Kafirlər soruşur ki, hər şeyi Allah yaradıbsa, Allahı kim yaradıb?
Teqlər: 
Paylaş: