Qurani Kərimi xətm etdikdən sonra Quranı tapşırmaq olarmı?
Sual:
Salam aleykum. Qurani bitirdikden sonra muellimi eve chagrib Qurani Kərimi tapshirmaq gunah sayilmaz? Xahiş edirəm ki, zəhmət olmasa bu məsələni mənə geniş şəkildə izah edib, incəliklərinə qədər başa salasınız. Əvvəlcədən sizə təşşəkkür edirib öz dərin minnətdarlığımı bildirirəm.
Cavab:
Aleykum salam. Əgər siz tapşırmaq dedikdə Quran oxuyub savabını ölülərə verməyi nəzərdə tutursunuzsa, ölülər üçün Quran oxumaq və ya Quran tapşırmaq olmaz. Çünki, Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) bunu etməmiş və bu haqda ondan səhih məlumat gəlməmişdir. Daha ətraflı:
Ölüyə Yasin oxuyub tapşırmaq olarmı?