Pis insanlara görə ruhdan düşən nə etməlidir?

    09.02.2018
Sual: 
Salam.cox bedbin olmusham hec ne ede bilmirem insanlarin iki uzluluyune doze bilmirem,ancaq evde qalmaq isteyirem.basqa islerimi etmeye cetinlik cekdiyim kimi namazimdada deyisiklikler hiss edirem.namazi evvelki kimi qelben,urekden qila bilmirem.sizce men ne etmeliyem
Cavab: 
Va aleykum Salam. Yer üzündə həmişə ikiüzlü və fitnəkar insanlar olub və Qiyamətə qədər də olacaq. Önəmli olan isə vəsvəsələrə qapanaraq belələrinə görə üzülmək, ruhdan düşmək, ibadətlərə biganə yanaşmaq lazım deyil. Əksinə, onları günahdan çəkindirməyə çalışmaq və gözəl şəkildə haqq yola dəvət etmək lazımdır. Günahdan çəkinmədikləri, hidayət olmaq istəmədikləri təqdirdə isə belələrinin şərindən qorunmağa çalışmaq, bununla bağlı şeytanın verdiyi vəsvəsələrdən Allaha sığınmaq və imanı artırmağa səy göstərmək lazımdır. Həmçinin, insanın imanı zəifləyəndə onda bədbinlik və ruh düşkünlüyü yaranır. İman isə itaətlə artır, günahlarla da azalır. Siz imanı artırmağa və Allahı hər şeydən uca tutmağa çalışın. Peyğəmbər (salləllahu aleyhi va səlləm) buyurmuşdur: "Həqiqətən, hər birinizin qəlbindəki iman paltar köhnəl­diyi kimi köhnəlir. Elə isə Allahdan qəlbinizdə olan imanı təzələməyi diləyin!" (əl-Hakim, 5). Daha ətraflı:
Teqlər: 
Paylaş: