Namazda Fatihə surəsindən sonra neçə ayə oxumaq lazımdır?

    16.02.2018
Kimdən: 
Samir
Sual: 
Əssələmu aleykum.1.Namaz qılarkən birinci rükətdə Fatihə surəsindən sonra bəzən 10-15 ə qədər surə oxuyuram.İkinci rukətdə bir az qısa,yəni 5-10 arası surələr oxuyuram.Bəziləri deyir ki,maksimum 2-3 surə oxunmalıdır.Sual belədir ki 1 ci və 2 ci rükətlərdə necə surə oxunmalıdır?Hər hansı bir hədd varmı?2.Səsli namazlarda səmiəllahu limən həmidəh kimi rabbənə va ləkəl həmd də səsli deyilməlidirmi?
Cavab: 
Va aleykum Salam.
1. 1-ci və 2-ci rükətlərdə Fatihə surəsindən sonra Qurandan istənilən qədər oxuya bilərsiniz. Daha yaxşı olar ki, 2-ci rükət 1-ci rükətə nisbətən bir az qısa olsun. Uca Allah buyurur: "Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun!..." (əl-Muzzəmmil, 20). Həmçinin oxuyun: Peyğəmbərimiz namazlarda hansı surələri oxuyardı?
2. Səsli namazlarda "səmiallahu limən həmidəh" deyərək rükudan qalxdıqda "rabbənə va ləkəl-həmd" səsli deyilmir. Daha ətraflı:  Namazda hansı sözlər səsli deyilir?
Teqlər: 
Paylaş: