İnsan surəsinin 17-ci ayəsini izah edə bilərsinizmi?

    16.02.2018
Kimdən: 
Elvira
Sual: 
Salamun Aleykum.Sualim Qurandaki aye ile baglidi.İnsan suresi 17ayesinde deyilir Onlara burada zencefilli temiz şereb içirdilecek yeni Cennet haqinda deyilir.Bunu tam bilmek isterdim neye deyilib.İinci sualim beledi.Özum oxumamşam hele ama eşitmişemki Quranda qadina sahiblenmek haqqinda aye varmiki.?orda deyilir erli qadina sahiblenmek olar.ve öz malinizdan xercliyib başqa qadinlarida almaq olar?xahiş ederdim bulari aydinlaşdirardiz.evvelceden teşşekur.
Cavab: 
Va aleykum Salam.
1. Uca Allah buyurur: "Onlara orada zəncəfil qatılmış badə içirdiləcək – Səlsəbil adlandırılan çeşmədən...". (əl-İnsan, 17-18). Ayənin təfsirində deyilir ki, bu bulaq belə bir adı yumşaqlığına və onda şırıltı ilə axan şə­ra­bın ecazkar şirin dadına görə almışdı. O, onun dadını və ətrini yaxşı­laşdıran zəncəfillə qarışdırılacaqdır. (Abdur-Rahmən əs-Səədi "Müqəddəs Quranın Təfsiri", İnsan surəsinin izahı).
2. Quranda qeyd etdiyiniz kimi ayə yoxdur. Əksinə, dinimizdə ərli qadınları almaq icazəli yox, haramdır. Ərli qadın yalnız boşanıb iddə (gözləmə) müddətini tamamladıqdan sonra yenidən ailə qura bilər. Malınızdan xərcləmək deyildikdə isə evlənərkən qadına verilən mehr (başlıq pulu) nəzərdə tutulur. Mehr qadının toxunulmaz şəxsi malıdır və istədiyi kimi xərcləyə bilər. Uca Allah buyurur: "Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir. Sizdən hər kəs maddi imkanı olmadığına görə azad mömin qadınlarla evlənə bilmirsə, onda sahib olduğu mömin kənizlərdən alsın". (ən-Nisa, 24-25). Həmçinin oxuyun: Nikah bağlamağın qaydaları 
Teqlər: 
Paylaş: