Sinfimizdə uşaqlar söyüş söyürlər, bu günahdırmı?
Sual:
Salam. Yaxşıki varsınız sizin sayenizde çox şey öyrenirem.
Ve size sualım olacaq.
1.Kimse ile küsülü qalmaq günahdırmı?
2.Sinifmizde uşaqlar pis sözler işledirler. Ve mende namaz qəlıram. Bu sözleri eşitmek istemirem .pis söz işletmek günahdırmı.?
Cavab:
Va aleykum Salam.
1. Bu cavabı oxuyun: Küsmək barəsində
2. Əgər bacarırsınızsa həmin adamları gözəl şəkildə bu əməldən çəkindirin. Uca Allah buyurur: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).
Əgər bu mümkün olmasa, onda imkan daxilində həmin yerdən uzaqlaşın. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizdən bir kimsə münkər (pis, günah) iş görərsə, bacarırsa onu əli ilə dəf etsin, onu bacarmazsa dili ilə, onu da bacarmazsa qəlbi ilə dəf etsin ki, bu da imanın ən əşağı – və ya ən zəif – dərəcəsidir". (Muslim, 49). Həmçinin oxuyun: