Südəmər oğlan uşağının sidiyi ilə qız uşağının sidiyi arasında fərq qoymağın hikməti nədir?

    12.03.2018
Kimdən: 
Abdullah
Sual: 
Hədisdə oğlan uşağının (ğulam) sidiyinə su sıçradılmalı (nədh), qız uşağının (cariyə) sidiyinin isə yuyulmalı olduğunu eşitmişik, hədis səhihdirmi? “Nədh”in mənası nədir? Onunla yumaq arasındakı fərq nədir və oğlan uşağının sidiyi ilə qız uşağının sidiyi arasında fərq qoymağın hikməti nədir?
Cavab: 

Salam aleykum. "Ğuləm" yemək yeməyən südəmər oğlan uşağıdır. "Cariyə" isə südəmər qız uşağıdır. Oğlan uşağının sidiyini təmizləmək "nədh" ilə, yəni suyu sıçratmaq və tökmək ilə olur. Qız uşağının sidiyi isə yuyulmalıdır. Ummu Qeys bint Mihsan (Allah ondan razı olsun) rəvayət edir ki, "O, hələ yemək yeməyən (südə­mər) oğlunu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gətirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) körpəni qucağın­da otuzdurdu və uşaq onun paltarına sidik ifraz etdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) su gətizdirib ondan paltarının üstünə səpdi və onu yumadı". (əl-Buxari, 223).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Südəmər oğlan uşağının sidiyinə su sıçradılmalıdır, qız uşağının sidiyi isə yuyulmalıdır". (Əbu Davud, 378; ət-Tirmizi, 610; İbn Məcəh, 525). 
Bu, yemək yemədikləri müddətə aiddir, əgər yemək yeyirlərsə, hər ikisində yuyulmalıdır. Bu məsələ barəsində başqa səhih hədislər də mövcuddur. Oğlan uşağı ilə qız uşağının təmizlənməsi arasındakı fərq haqqında isə belə deyilir: "Oğlan uşağının sidiyi ora bura dağılır və yayılır, lakin qız uşağının sidiyi isə bir yerə tökülür, ona görə də yuyulması çətin olmur. Həmçinin, oğlan uşağı qız uşaqlarına nisbətdə daha çox qucaqlarda daşınılır". Həmçinin oxuyun: 
Südəmər uşaqların sidiyini yumaq barədə
Murdar və ya murdarlaşmış şeylərin təmizlənmə qaydaları

Teqlər: 
Paylaş: