Dəstəmazı zorla saxlamaq günahdırmı?

    05.03.2018
Kimdən: 
Aysen
Sual: 
salam. men isleyirem destamazim pozulmasin deye namaz vaxtina kimi (gunorta namazinan danisiram)ozumu sixib saxlayiram gunah sayilmirki o ?
Cavab: 

Va aleykum Salam. Dəstəmazı zorla saxlayıb namaz qılmaq bəyənilmir. Aişə (Allah ondan razı olsun) belə rəvayət edir: "Mən Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm): "Yemək gətirildiyi zaman, həmçinin öndən və arxadan çı­xa­nı dəf edə­rək (sax­layaraq) namaz qılınmamalıdır" - dediyini eşit­dim". (Muslim, 1246). Həmçinin oxuyun: Namazda bəyənilməyən əməllər hansılardır?

Teqlər: 
Paylaş: