Heyz qanı gəlməsə, yaxınlıq etmək olar?

    07.03.2018
Sual: 
Heyz ağrılı haldir biliremki heyzli halda cinsi elaqeye girmek olmaz.4cu günü qan gelmese elaqede olmaq günahdı?
Cavab: 

Salam aleykum. Ümumiyyətlə heyz (aybaşı) qadınların yaxşı bildikləri bir haldır və bu məsələ adətlə ölçülür. Ona görə də əgər qadın heyzdən tam təmizlənməyibsə, yaxınlıq etmək icazəli deyil. Hətta, heyz bitsə belə qüsl almamış cinsi əlaqəyə girmək olmaz. Uca Allah buyurur: "Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın!" Allah tövbə edənləri, pak olanları sevər!" (əl-Bəqərə, 222). Həmçinin oxuyun: İslam fiqhi: Heyzli qadına cinsi yaxınlıq edənin hökmü

Paylaş: