Namaz qılan dəfələrlə tövbə edib günaha qayıdarsa, namazı batil olurmu?

    09.03.2018
Kimdən: 
Yaska
Sual: 
salam sualım budu ki tövbəni pozmaq namazı batil edirmi bir insan 1 ildi namaz qılır namaza başlayandan tövbəsini pozur və bunu 1 il təkrarlayır 1 ildə qıldığı namaz düzdür yoxsa batil? bunu bilmək istəyirəm
Cavab: 
Va aleykum Salam. Tövbə etdikdən sonra yenidən hansısa bir günaha qayıtmaq namazı batil etmir. İnsan günahlardan daima, ölənə qədər tövbə etməyə çalışmalıdır və elə fikirləşməməlidir ki, tövbə etdisə, artıq o günahdan qurtulmuşdur. Yaxud da tövbə etdikdən sonra yenidən günaha qayıtdısa, tövbəsinə sadiq olmamışdır. O buna görə ruhdan düşməməli, bunu özü üçün bir mübarizə, bir imtahan kimi qəbul etməli və daima öz üzərində çalışmalıdır. Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: "Bir kişi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Birimiz günah etikdə (nə olur)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə olur)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur". Kişi dedi: "Həmin günaha qayıtdıqda, (nə olur)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Ona günah yazılır". Kişi dedi: "Sonra o günahdan bağışlanma diləyib tövbə etdikdə (nə olur)?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Günahı bağışlanır və tövbəsi qəbul olunur. Siz usanmadıqca, Allah usanmaz". (əl-Hakim, 7658). Daha ətraflı:
Teqlər: 
Paylaş: