Ərəb dilində "vav" hərfi incə hərfdirmi?

    12.05.2018
Sual: 
Salam aleykum. Vav herfi nece oxunur? Bildiyim qederi ile ince herifdir. Fethe ile ve oxunmalıdır. Ancaq sizin saytinizda bezi surelerin icerisindeki sozlerde vav herfini va seklinde gordum. Bunu izah ede bilersiz? bu neye gore beledir? Tin duha surelerinin 1 ayesini yaza bilersiniz deqiq oxunusunu?meselen vat tin yoxsa vet tin? Hansi doğrudur? Birdeki bunu deyisik oxumagin yeni va ve kimi ve ya ve va kimi gunahi var?
Cavab: 
Va aleykum Salam. Vav hərfinin azərbaycanca qarşılığı olmasa da, v səsinə daha yaxındır. Amma v səsindən fərqli olaraq alt dodaq dişə dəymir, u səsində olduğu kimi dodaqlar dairəvi şəkil alır. Vav incə hərf olduğu üçün "va" yox, "və" kimi oxunmağa daha yaxındır. Surələrin azərbaycanca transkripsiyası ərəbcə oxunuşu əvəz edə bilmir, çünki ərəb dilində səslərin bir çoxunun azərbaycanca qarşılığı yoxdur. Buna görə də, saytımızdakı transkipsiyalarda səhvlər ola bilər. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: