Aşağıdakı duanın tərcüməsini yaza bilərsinizmi?
Sual:
Men sualarimin cavabini gore bilmirem axi ? Sizden cox xaiw edirem bu duanin menasini ve sozlerin menasini yazasiniz ya rehman re rehim ya fettahu ya vehhab iffetli klubi verzukni bila teab xaiw edirem mumkun qeder tez cavab veresiniz
Cavab:
Salam aleykum. Əvvəlcə qeyd edək ki, Quran və səhih hədislərdə belə bir dua mövcud deyil.
Ərəb dilinin qaydalarına görə qeyd edilən duanın bəzi yerləri düz yazılmayıb. Ərəb dilinin qaydalarına görə həmin yerlər təxminən belə olmalıdır: "Yə Rahmən, yə Rahim, yə Fəttah, yə Vahhəb iftəh li qalbi varzuq'ni bilə təab - ey çox mərhəmətli olan, dünyada hamıya rəhm edən, ey həmişə mərhəmətli olan, axırətdə yalnız möminlərə rəhm edən, ey çətinlikləri həll edən, rəhmət və ruzi qapılarını açan və ey nemətləri əvəzsiz bağışlayan Allahım! Mənim qəlbi aç, genişləndir və məni əziyyətsiz ruziləndir".
Quran və Sünnədə gələn dualar və ruzinin çoxalması barədə məlumatları buradan oxuya bilərsiniz: