Danışdığım bu sözlərə görə günah qazanırammı?

    07.03.2018
Sual: 
Salam.size 2sualim var.1.internetde biri Quranin Allahdan deyil Allahin lenetine gelmisdendi yazmisdi men bunu eseblesib yaxinima dedim ki bu ne danisiqdi danisillar onlarin dediyini tesdiqlemirdim sadece duzgun olmadigi dedim.indi men gunah islemis oldum?2.bir meqale oxudum orda mehsurumuzun falciya gedib quran acdirmagi ve falin dogru cixdigi yazilmisdi yenede dedim ki qurani ta o vaxtdan fala alet edibler duz cixib hemde dedim oxumusam ki Allah ozu qesden de duz cixardir ki cezalari agir olsun.indi men fali tesdiq etmiw oluram?yeni peygberimise nazil olana kufr etmiw oluram?yox eger tesdiq etmiw sayilmiramsa o zaman 40gunluk namazim qebul olmayacaq?axi falciya getmemwem
Cavab: 
Və aleykum Salam.
1. Siz bu yalanın və böhtanın kafirlərin sarsaqlaması olduğuna qəzəblənmisiniz və bunun yalnış olduğunu demisiniz. Ona görə bunda bir qəbahət yoxdur. Quranın Allahdan olmasını inkar etmək küfrdür. Həmçinin oxuyun:
2. Siz falçılığı təsdiq etmiş sayılmırsınız. Sadəcə müəyyən hallarda Allah belə insanların azğınlığını artırmaq üçün belə halların baş verməsinə yol verir. Həmçinin, bunun sizin namazınızla əlaqəsi yoxdur. Sizin narahat olmağınıza lüzum yoxdur. Sizdə belə hisslərin əmələ gəlməsi isə şeytanın vəsvəsələrindəndir. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: