Paltarın üstündən cinsiyyət üzvünə toxunmaq dəstəmazı pozurmu?
Sual:
Salam. Men bilmek isteyiremki, destemaz aldigdan sonra elimiz PALTARin ustunden cinsi uzvumuze deyse (goz cinsi uzvu gormese) destemaz batip olar?
Cavab:
Va aleykum Salam. Paltarın üstündən yox, cinsiyyət üzvünə bilavasitə şəhvət hissi ilə toxunmaq dəstəmazı pozur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim cinsiyyət organına (bilavasitə) toxunarsa, dəstəmaz alana qədər namaz qılmasın". (ət-Tirmizi, 1/55, №: 82). Həmçinin oxuyun: Dəstəmazı pozan amillər hansılardır?