Müsəlmanın qeyri-müsəlmanla ailə quraraq sonradan dinini dəyişməsi barədə...

    22.04.2018
Kimdən: 
R
Sual: 
Salam aleykum.sualıma cavab verdiyiniz üçün sizə təşəkkür edirəm.və bir sualımda var sizə.mənim bir qohumum bizim dinən olmayan biri ilə ailə qurdu və bir müddətdən sonra oda dinin dəyişdi o günahdırmı.və müsəlman qanuna görədə yoldaşın nə dedi o olmalıdır onunda yoldaşı məcbur etdi o nə qədər düzgündür?
Cavab: 
Va aleykum Salam. Dinimiz müsəlman kişilərin xristian və yəhudi qadınların iffətli və namuslu olanları ilə evlənməyə icazə verir, digər kafirlərlə isə (ateist, bütpərəst və s.) evlənmək qadağan etmişdir. Uca Allah buyurur: "...Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli, iffətli, özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə evlənmək üçün sizə halaldır...". (əl-Maidə, 5).
Müsəlman qadınların isə yalnız müsəlman kişi ilə evlənməsi icazəlidir. Bunun səbəblərindən biri də odur ki, kişinin qadının üzərində təsiri çox olduğu üçün onu və uşaqlarını öz dininə yönəldə bilər. Uca Allah buyurur: "Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar". (əl-Bəqərə, 221).
Qadının ərinə itaət etməsinə gəlincə, islamda ərə və ümumən digər insanlara itaət yalnız Allaha qarşı asiliyə aparmayan məsələlərdə olmalıdır. Peyğəmbər demişdir:
"Xaliqə (yaradan) qarşı olan günah işlərdə məxluqa (yaradılmışlara) itaət etmək olmaz". (İmam Əhməd, 1098).
"Günaha, Allaha asiliyə arapan işlərdə məxluqa itaət edilməz. İtaət yalnız doğru, haqq olan məsələlərdədir". (Muslim, 1840). 
Müsəlmanın islamdan qeyri dini qəbul etməsi isə onun əbədi Cəhənnəmdə qalacağını bildirir: "Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar". (əl-Bəqərə, 217). Həmçinin ozuyun:
Teqlər: 
Paylaş: