Evlənmək niyyəti ilə müşrik qadını sevmək olarmı?
Sual:
Salam aleykum.Müsalman bir kişinin Müşrik olan bir qadini evlenmek niyyetiyle sevmesi düzgündürmü?amma bilirem ki,Allah müşrik qadinlarla evlenmeyi haram buyurub.Allaha ona hidayet versin deye dua etmek olarmi?Eger bu düzgün deyilse,bu derdden nece qurtulmaq olar?Evvelceden teşekkür edirem.
Cavab:
Və aleykum Salam. Əvvəlcə müşrik deyərkən kimin nəzərdə tutulduğunu aydınlaşdırmaq lazımdır. Əgər həmin qadın özünə müsəlman deyir, lakin bilməyərəkdən şirk əməllər edirsə, o zaman o, cahil və avam müsəlmanlardan sayılır. Onu evlənmək niyyəti ilə sevmək olar. Lakin, ona haqqı başa salmaq və şirkdən çəkindirmək lazımdır. Amma həmin qadın özünü müsəlman adlandırmırsa, bu halda o qadın müşrik sayılır. Müsəlmana müşriklərlə evlənmək icazəli deyil. Uca Allah buyurur: "Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar". (əl-Bəqərə, 221). Uca Allah qeyri-müsəlmanlardan yalnız xristian və yəhudilərin qızları ilə evlənməyə icazə verib. Belə ki, Uca Allah buyurur: "...sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar". (əl-Məidə, 5). Həmçinin, oxuyun:
Müsəlman qadın qeyri-müsəlman kişi ilə olan nişanı qaytara bilər?
Dinimiz müsəlmanın xristianla evlənməsinə icazə verirmi?
Haram olan sevgini necə unutmaq olar?
Cahillik üzrlüdürmü?
Müsəlman qadın qeyri-müsəlman kişi ilə olan nişanı qaytara bilər?
Dinimiz müsəlmanın xristianla evlənməsinə icazə verirmi?
Haram olan sevgini necə unutmaq olar?
Cahillik üzrlüdürmü?