İnsanda yalnız Allah sevgisi olmalıdır?

    19.03.2018
Kimdən: 
TAGIYEV ROYAL NEFTCALA
Sual: 
salam aleykum men bir sualim allah quranda buyurub ki menim ehlibeytimi peyxenberimi ve meni sevin ki nicat patasiniz basqa hedislere gore allah deyir bir ureyde iki sevgi olmaz sadece ureyinizde allah sevgisi olsun bu ne derecede duzgun olan seydi xais edirem cavablandirasiniz
Cavab: 

Va aleykum Salam. Quranda yalnız Allah və Rəsulunu sevmək, onlara itaət etməklə bağlı ayələr haqqında xəbər verilmişdir. Əhli-Beyti sevmək barədə isə hədislərdə bildirilmişdir. Qeyd etdiyiniz "Allah deyir ki, bir ürəkdə iki sevgi olmaz, sadəcə ürəyinizdə Allah sevgisi olsun" ifadəsi doğru deyildir. Hər hansı bir sevgini Uca Allahın sevgisindən üstün tutmaq Allaha şərik qoşmaqdır. Çünki sevgi ibadətin əsasını təşkil edir. Uca Allah buyurur: "İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür". (əl-Bəqərə, 165). Lakin Allah sevgisindən sonra Rəbbimiz bizə mələkləri, peyğəmbərləri, əhli-beyti, möminləri sevməyi də buyurur. Həmçinin oxuyun:
Hər hansı bir şəxsi Allahdan çox sevməyə icazə verilirmi?
Allah sevgisini necə qazanmaq olar?
Əhli-beytə sevgi necə olmalıdır?
Peyğəmbər Əhli Beytinin tərifi və fəziləti haqqında​​​​​​​

Paylaş: