Təşəhhüdün oxunuşunu yaza bilərsiniz?
Sual:
As Salam Aleykum.tewehudde bu dua bu curne oxunur?Et-tahıyyâtü lillâhi vessalevâtü vettayyibât.
Esselâmü aleyke eyyühen-Nebiyyü
ve rahmetullâhi ve berakâtüh,
Esselâmü aleynâ ve alâ ibâdillâhis-sâlihîn.
Eşhedü en lâ ilâhe illAllâh
ve eşhedü enne Muhammeden abdühû ve Rasûlühü. Allah razi olsun
Cavab:
Va aleykum Salan. Səhih hədislərə əsasən təşəhhüddə oxunan dua belədir:
"ət Təhiyyəətu lilləəhi, vəs-saləvatu, vət-tayyibəət,
əs-Sələəmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakəətuhu,
əs-Sələəmu aleynəə va alə ibəədi-lləəhis-Salihiin.
Əşhədu əllə iləəhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuuluh -
Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (olsun)! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir". (İbn Həcər "Fəthul-Bari" kitabı, 1/13; Muslim, 1/301). Həmçinin oxuyun: Namazdakı təşəhhüd duası necə deyilməlidir?