Namazdakı təşəhhüd duası necə deyilməlidir?
Sual:
Salamun Eleykum.Men Ceferi siesiyem ve sizlere bir nece sualim olacaq
1) Namazda Tesehhude (Elhemdulillah Eshedu enla ilahe illellah Vehdehu la serike leh Ve eshedu enne Muhenneden ebduhu ve resuluh Allahumme selli ela Muhennedin ve ali Muhemmed) yerine
"Ettehıyyâtu lillâhi ves-salevâtu vettayyibât. Esselâmu aleyke eyyuhen-nebiyyu ve rahmetullâhi ve berakâtuh. Esselâmu aleynâ ve alâ ibâdillâhis-sâlihîn. Eşhedu en lâ ilâhe illallâh ve eşhedu enne Muhammeden abduhû ve rasûluh.” duasini oxuya bilerikmi ?
2) Teşehhütten qabaq EL-HAMDULİLLAH veya BİSMİLLAHİ WE BİLLAH WEL HAMDULİLLAH WE ĤAYRUL ESMAİ LİLLAH. demek ve teşehhütten sonra WE TAĶABBEL ŞEFAĚTEHU WERFĚ DERECETEH. demek müstehaptr ?
Cavab:
Və aleykum Salam.
1. Təşəhhüddə sizin birinci qeyd etdiyiniz sözlər ümuiyyətlə deyilmir. Səhih hədislərdən gələn məlumatlara görə təşəhhüddə beş sətirdən ibarət olan cümlələr deyilir. Onları da siz qeyd etmisiniz. İbadəti Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə necə öyrədibsə elə etməliyik. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631).
2. Dualar təşəhhüddən qabaq deyil, namazın sonunda təşəhhüddən sonra salamadan qabaq deyilməlidir. Daha ətraflı: