Saçları islatmadan qüsl almaq olarmı?

    25.03.2018
Sual: 
Salam. saçları islatmadan Canabat quslu almaq olarmı?
Cavab: 
Salam aleykum. Qüsl aldıqda saçlar dibinə qədər islanmalıdır. Cənabət qüslu alarkən qadının saçlarını açması vacib deyil. Amma heyzdən təmizlənəndə saçını açması vacibdir. Rəvayət edilir ki, Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə demişdir: "Ey Allahın elçisi, mən saçlarımı hörürəm. Cənabət qüslü edəndə hörüklərimi açımmı?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Xeyr. Başına üç dəfə, sonra bədəninin qalan hissəsinə su töküb təmizlənməyin kifayətdir". (Muslim, 330). Həmçinin oxuyun: Qüsl necə alınır və onu pozan amillər hansılardır? 
Paylaş: