Mehr vermədən kəbin kəsdirmək düzgündür?

    25.03.2018
Kimdən: 
Əsədov Sərvan
Sual: 
Salam Aleykum. Nişanlımla kəbin kəsdirən vaxtı mehr nə qədər məcbur etdimsə istəmədi. Sonda axund nikah vəsiqəsinə 101 qram qızıl yazıb şahidlərin önündə nikahımızı qıydı. Bu halda kəbin düzgündürmü? Kəbinli sayılırıq? Əvvəlcədən öz təşəkkürümü bildirirəm
Cavab: 
Va aleykum Salam. Ümumiyyətlə qadın istəsə, könüllü şəkildə mehrdən imtina edə bilər və qadının mehrdən imtina etməsi kəbinə təsir etmir. Əsas odur ki, iki şahid, qadının özünün və vəlisinin (atası, qardaşı, əmisi, babası və s.) razılığı olsun. Həmçinin, qadına verilən zinət əşyaları da mehr hesab oluna bilər. Daha ətraflı:
Teqlər: 
Paylaş: