Ömər ibn əl-Xəttab ölülərlə danışıbmı?

    07.04.2018
Kimdən: 
Anar
Sual: 
Salam Aleykum.Allah elminize bereket versin ve bizi dogru olan tek yolda olmagimizi nesib elesin.Sualim budurki son zamanlar internetde Sunneni-Tirmizi 1ci cild kitabinda 187ci ayede ibn Abbas r.a. deyirki peygember s.a.s. ne 1 yagis ne 1 qorxu nede yolculug olmadan zohr ve esr,axsam ve isa namazlarini birlewdirib qildi.Ibn Abbasdan r.a. soruwandaki Peygember s.a.s bununla ne dmeek istedi o qeyd etdiki ummetin uzerinden cetinliyi aradan qaldirmag ucun.Yeni hedisler bu qedermi ust uste duwmuye biler yoxsa biz sehv yoldayigmi (Allah elemesin)Birdeki Omer r.a. qebirde olu ile daniwibmi bele bir hedise de rast gelmisdim
Cavab: 

Və aleykum Salam.
1. İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Mədinədə olarkən heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsr, Məğriblə İşa namazlarını birləşdirdi". Hədisin rəvayətçisi Əbu əz-Zubeyr (Allah ondan razı olsun) deyir ki, mən Səiddən (Allah ondan razı olsun): "Bunu nə üçün etdi?" - deyə soruşdum. O isə dedi: Mən də bu haqda sənin kimi İbn Abbasdan (Allah ondan razı olsun) soruşdum və o belə cavab verdi: "O, ümmətindən heç kəsi çətinliyə salmamaq üçün belə etmişdi". (Səhih əl-Cami əs-Sağir, 1070).
Bu hədis səhihdir. Bu hədis iki cür izah olunur; ya Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazın vaxtını gecikdirib digər namazın vaxtına az qalaraq qılmış, ya da ki, birləşdirib hər ikisini bir vaxtda qılmışdır. Bu, yalnız zöhrlə əsr və məğriblə işa namazına aid edilir. Hədisdən göründüyü kimi Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu daima etməmiş və daimi hal kimi buyurmamışdır. Sadəcə bununla Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ümməti üçün asan olsun deyə zəruri ehtiyac yarandığı halda adət halına salmadan namazları birləşdirməyə icazə verildiyini göstərmişdir. Daha ətraflı: Zərurətdə namazı birləşdirmək olarmı?
2. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) ölülərlə danışmamışdır. Həmçinin oxuyun: Ölülər bizi eşidirlərmi?

Paylaş: