Pirə inanmaq və pir sahibinə ibadət etmək olarmı?

    06.04.2018
Sual: 
Salam. Mirmövsüm ağa və s. kimilərə inanmaq, ibadət etmək nə dərəcədə doğrudur ? Allaha Şərik qoşmaq deyilmi bu ? və yaxud pirlərə ocaqlara getmək
Cavab: 
Və aleykum Salam. Pirlərin, ocaqların, orada dəfn edilən kəslərin insanın həyatına, taleyinə təsir edəcək qüvvə olduğuna inanmaq, onlara pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək Uca Allaha şərik qoşmaqdır. Bu isə ən böyük günahdır. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən-Nisa, 116). Daha ətraflı:
Paylaş: