Namaz qılarkən itin yaxınlaşması günahdır?

    01.04.2018
Kimdən: 
Yasin yusibov
Sual: 
Salam eleykim. Menim sualim kimse namaz qilarkan yanina bir it yaxinlasa o gunah qazanirmi
Cavab: 
Va aleykum Salam. İtin namaz qılan insana yaxınlaşması namazı pozmur və həmin insana günah qazandırmır, lakin qara itin namaz qılanın önündən keçməsi namazı batil edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Biriniz namaza başlayarkən qarşısına yəhərin arxası böyüklükdə maneə qoyarsa, namaz yerini qorumuş olar. Əgər qarşısında yəhərin arxası böyüklüyündə maneə olmazsa, onun namazını uzunqulaq, qadın və qara it batil edər". Mən dedim: "Ey Əbu Zərr, bəs qara itin, qırmızı və sarı itdən nə fərqi var? Əbu Zərr (Allah ondan razı olsun) dedi: "Ey qardaşım oğlu, mən də Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sənin soruşduğun kimi soruşduqda, o dedi: "Qara it şeytandır". (Muslim, 510; ən-Nəsai, 2/63; ət-Tirmizi, 337; Əbu Davud, 688). Həmçinin oxuyun: Dəstəmazı və namazı batil edən hallar 
Paylaş: