Dəstəmaz alarkən burundan gələn qan dəstəmazı batil edirmi?
Sual:
salam mənim 2 sualım var birincisi dəstəmaz aldığım yerdə üzümü yuyarkən ya qolumu burnumnan qan gəlsə dəstəmaz batildir?
2 cisi cənabət qüsülü alarkən Suyu götürüb Bismillahir Rəhmanir rəhim deyib başlmaq olar və başı bədəni yuyanda salavat çəkmək olarmı?
Cavab:
Və aleykum Salam.
1. Dəstəmaz alarkən burundan az miqdarda qan gələrsə və dəstəmaza davam edə bilərsinizsə, dəstəmaz almağa davam edin. Bu hal dəstəmazı pozmur. Lakin, qan çox gəldikdə dəstəmazı buraxıb qanın qarşısını almaq lazımdır.
2. Qüsl almağa başlayanda yalnız "Bismilləh" sözü deyilir və salavat deməyə ehtiyac yoxdur. Səhih hədislərdə qüsl alarkən bizə belə etmək əmr edilir. Daha ətraflı: