"Müttəqi" və "etikaf" sözlərinin mənası nədir?
Sual:
Salam.Size bir nece sualim olacaq 1."Mütteqi" sözünün menasi nedir? 2."Etikaf"ne demekdir? 3.Siz selefi mezhebindensiniz? 4.Mezheb secmek vacibdirmi? Indiden tesekkürümü bildirirem.Cox sag olun!
Cavab:
Va aleykum Salam.
1. Müttəqi sözü çəkinən, özünü qoruyan deməkdir. Müttəqi Allahın əmr və qadağalarına riayət edərək özünü Onun əzabından qoruyan kəsdir. Bu, yalnız mömin bəndəyə xas olan sifətdir. Uca Allah buyurur:
"Əlif. Ləm. Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər; o kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır". (əl-Bəqərə, 1-5).
Daha ətraflı: "Təqva" sözünün mənası
Daha ətraflı: "Təqva" sözünün mənası
2. Bu cavabı oxuyun: İslam fiqhi: Etikaf bölümü
3. Bu sayt heç bir məzhəbi və təriqəti təbliğ etmir. Bu saytı açmaqda məqsədimiz Qurana və səhih hədislərə əsaslanaraq İslamı olduğu kimi insanlara çatdırmaqdır. Həmçinin oxuyun: Sələfilik nədir və sələfilər kimə deyirlər?
4. Bu cavabları oxuyun: