Səhabələrdən bəziləri müəyyən xətalar etsələr də, nə üçün onlara hörmət edirik?
Sual:
Salam aleykum.Sizdən sual soruşum.Əhli sünnə Peyğəmbərimizin (s) səhabələrinin əksəriyyətinə böyük hörmətlə yanaşır.Bunun səbəbi nədir.Elələri var öz zamanəsinin İmamını tanımayıb,hətta ona qarşı müxaliflik edib,hətta vuruşanlarıda olub.Rəsullahın (s) əhli beytinə qarşı mübarizə aparıb.Suallımı zəhmət olmasa cavablandırarsız?
Cavab:
Va aleykum Salam. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) əhli-beytini (ailəsini) və səhabələrini sevmək Allahın və Onun Rəsulunun əmri olduğu üçün dində onlara oxşamağa çalışmaq, onların arasında baş vermiş ixtilafları araşdırmamaq hər bir müsəlmana vacibdir. Uca Allah buyurur: "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur!" (ət-Tovbə, 100).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurub: "Ənsarı yalnız mömin sevər və onlara yalnız münafiq nifrət edər. Kim onları sevərsə, Allah onları sevər, kim onlara nifrət edərsə Allah onlara nifrət edər". (əl-Buxari, 3672; Muslim, 75).
Həmçinin demişdir: "Səhabələrimi söyməyin! Nəfsim əlində olana and olsun ki, sizlərdən biriniz Uhud dağı boyda qızılı Allah yolunda xərcləsə belə, onların verdiyi bir ovuca, yaxud yarısına belə çata bilməz". (əl-Buxari, 3673; Muslim, 6651).
Uca Allah buyurur:"Halbuki bu (Peyğəmbərin ailəsi haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!" (ən-Nur, 15).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "…Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Birinci Allahın hidayət və nuru olan kitabı Qurandır. Allahın kitabını tutun və ondan möhkəm yapışın. Quran haqqında rəğbətləndirici sözləri söylədikdən sonra: "İkinci Əhli beytimdir. Əhli Beytim haqqında sizə Allahı xatırladıram" deyərək bunu 3 dəfə təkrarladı". (Muslim: 2408, 4425).
Uca Allah həmçinin keçmiş salehlər haqqında buyurur: "Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız". (əl-Bəqərə, 134). Həmçinin oxuyun: