Özünə və ya övladına görə qurban demək günahdır?
Sual:
Salam
Ozune ve ya evladina gore qurban demek gunahdir?
Bir insan haqsizliq etdiyi halda deseki men Allahdan qorxmuram o kafir sayilir?
Xaiw edirem suallarimi cavablandirin onceden tewekkurler
Cavab:
Va aleykum Salam.
1. Əgər nəzir qismində qurban kəsməyi nəzərdə tutursunuzsa, bu, bəyənilmir. Həmçinin oxuyun:
Niyyət edib qurban kəsmək olarmı?
İslam fiqhi: Nəzir və and bölümü
2. Əgər o bunu şüurlu surətdə bilərək və dərk edərək desə, onun bu əməli Allaha qarşı böyük küfrdür. Əməlindən peşman olması və tövbə etməsi zəruridir. Əgər bu ifadənin Allaha qarşı böyük küfr olmasından xəbərsiz halda desə, onda üzürlü sayılır. Beləsi öyrədilir, nəsihət olunur və kafir adlandırılmır. Həmçinin oxuyun:
Bilərəkdən və ya bilməyərək küfr edən birinə kafir demək olarmı?
Cahillik üzrlüdürmü?