Bilə-bilə günah edib tövbə edəni Allah bağışlayırmı?

    20.03.2018
Sual: 
salam bir insan bile-bile bir gunah edir(yani elediyi emelini gunah olduqunu bilir) ve sonradan tovbe edirse onda ALLAH onu baqislayarmi? ve birde bu gunahi edenden sonra nece tovbe etmelidir(nece pesman olmalidir ve.s)
Cavab: 
Və aleykum Salam. Bilə-bilə etmiş olsa belə, insan hər bir halda Allahdan bağışlanma diləyib tövbə etməlidir. Uca Allah buyurur: "Həqiqətən, Allah tövbələri qəbul edəndir". (ən-Nəsr, 3).
Günah edən adam günahını tərk etməli, etdiyindən Allah üçün peşman olmalı və bir daha günaha qayıtmamağa çalışmalıdır. Eləcə də, Allahdan bağışlanma diləməli, günaha aparan səbəblərdən uzaq durmalı və xeyirxah əməlləri artıraraq Allahın itaətinə qayitmalıdır. Daha ətraflı: 
Paylaş: