Qadın heyz olduqdan sonra namazların qəzasını qılmalıdırmı?

    18.04.2018
Kimdən: 
Xanım
Sual: 
Salam her vaxdiniz xeyr olsun. Mənim sualım budur ki, bir qadın xəstələndik də yəni heyz olduqda namaz qıla bilmir bəs niyə qadın qüsl aldıqdan sonra o namazın qəzasını qılır axı bu bizdən asılı olmayan birşeydir. Bəzən çətin olur qəza qılmaq çünkü 10 gün və ya 15 gün qəza qılırsan. Qəza namazı qılmasaq olarmı yəni ki bu cəhətdən başqa cəhətlərdən yox. Çox sağolun ki, belə imkan yaradmısız bizlərə
Cavab: 

Va aleykum Salam. Qadın heyz olduğu müddətdə namaz qılmır və heyzdən təmizləndikdən sonra da buraxdığı günlərin qəzasını qılmır. Sadəcə Ramazan ayında heyzli qadın orucları qəza edir, tutmadığı günlərini heyzdən qurtarandan sonra yerinə yetirir.
Ramazanda heyz olan qadın tuta bilmədiyi orucların qəzasını tutmalıdırmı?
Heyz müddəti uzun çəkərsə, nə vaxtdan namaz qılınmalıdır?
Heyz halında namaz qılmaq olarmı?
Qadın heyz halında nələri edə bilməz?

Paylaş: