Valideynlərim ibadət edən qadınla evlənməyimə razı deyillər, nə edim?

    07.06.2018
Sual: 
Salam Aleykum.Men evlanmak istayiram şəriətin qoyduğu qaydalarla ve özüm tapdığım ibadət edən qadinla,lakin mende evda valideyinlərim buna qarşıdı deyirlərki biz dediyimiz qadinla evlənəcəksən,mən özüm bildiyim qadinla mənim dünyam və axirətim üçün xeyirli olan qadinla evlənmək istəyirəm gözəl tərzdədə danişmişam onlarla, onlar isə evdə dava salir ve Mənə dinimlə təhdit edirlər deyirlərki sənin dinin valideynə qarşı gəlməyi əmr edir? Belə olan halda əgər mən öz bildiyim qadinla evlənsəm valideynə qarşı çıxmaq sayılır,haqqına girmək sayilir? evvəlcədən Allah razi olsun
Cavab: 
Va aleykum Salam. Əgər oğlanın sevib evlənmək istədiyi qadın dini və dünyəvi baxımdan nöqsanlı deyilsə, valideynlərin buna qarşı çıxmağa və övladlarını sevmədiyi biri ilə evlənməyə məcbur etməyə haqqı yoxdur. Valideyn övladını sevmədiyi biri ilə evlənməyə məcbur edərsə, övladın imtina etmək hüququ var. Belə olan halda oğlanın valideynlərilə xoş davranmaq, onları acılamamaq şərtilə, sevdiyi qadınla evlənməsində bir qadağa yoxdur. Bununla belə, tələsmədən, bir müddət səbr və dua edərək böyüklərlə məsləhətləşib valideynlərinizin xeyir-duasını alıb qərar verməniz daha yaxşı olardı, çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) xeyir-bərəkətin böyüklərdə olduğunu demişdir. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: