Hansı müəllif tərəfindən Qurana edilən tərcümə daha düzgündür?
Sual:
Salam.men ereb dilinde bilmirem. Tercumesini alib oxumaq isteyirem. Deyirlerki tercumenin hamisi duzgun deyil. Bilmek isteyirem Qurani Kerimin hansi muellifin tercumesini alib oxumaq lazimdir ?
Cavab:
Aleykum salam. Qurani-Kərim Uca Allahın kəlamıdır. Quran nazil edildiyi kimidir; ondan nə bir söz, nə də bir hərf yerini dəyişə bilməz. Quranın tərcüməsi isə nə qədər mükəmməl edilmiş olsa da, öz-özlüyündə Allahın kəlamını əvəz edə bilməz və onu tam mənası ilə əks etdirə bilməz. Bu baxımdan Quranı tərcümə etmək mümkün deyildir. Lakin əgər siz ərəb dilini, Quranın təfsirini (izahını) bilmirsinizsə, Quranın tərcüməsini oxumaq sizə Uca Allahın kəlamı ilə tanış olma imkanı verir. Bu məqsədlə istənilən tərcümədən faydalanmaq mümkündür. Həmçinin oxuyun:
Quran bənzərsizdir!
Ərəbcə Quran oxumağı necə öyrənim?