Ərəbcə Quran oxumağı necə öyrənim?
Sual:
- Əs Saləmu Aleykum va Rahmətullahi va Bərəkətuhu. Mən ərəb dilində oxuya bilmirəm, yəni Quran oxuya bilmirəm. Mənə nə nəsihət edərsiniz? " Müəllimi kitab olanın müəllimi şeytandır. " sözünə əsasən mən kitablardan ərən hərflərini öyrənməyim yoxsa? Yoxsa bu fikir ancaq Fiqh, Əqidə və.s - ə aiddir? Cəzəkk ALLAHU Xayran!
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Çalışın müəllim yanında öyrənin, bu mümkün olmasa, kitablardan və ya videolardan öyrənin və ara-sıra təcvid bilənlərlə görüşün, onların yanında oxuyaraq səhvlərinizi düzəldin. Həmçinin bu kitabdan da öyrənə bilərsiniz: Quran və təcvid ehkamları