Namazın sözlərinin tərcüməsini bilməmək namazı batil edirmi?

    24.06.2018
Kimdən: 
.
Sual: 
salam aleykum rehmetullahu ve bereketu mene deyrlerki namazin sozlerinin menasini bilmek lazmdi yeniki tercumesini cunki basa dusduyun yerler qebul olacaqdi oyrenmek lazmdi gerek ele deyrler mede namazda sozlerin deyrem ama tercumesini bilmrem deyrlerki guyaki qebul olmur namaz..birde men namazlarimi lengidrem namazi buraxtam sorada yeniden baslyram qilmaga ama hevesle baslyram sorada hevesden dusurem evveler men namazlarimi deqiqlikle qilirdim hemde elave namazlarda qilirdim demey olarki hec namazdan durmurdum ele namaz qilirdim quran oxyrdum indi ede bilmrem aileliyem vaxtim olmur hemde hevesizem baslyb atram sora bilmrem ne edim imanim artsin..cox sagolun ..allah razi olsun
Cavab: 

Va aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Namazın sözlərinin tərcüməsini bilməmək namazı batil etmir, amma namazda fikri toplamaq, Allahdan nə istədiyini bilmək üçün namazın sözlərinin mənasını bilmək lazımdır. Uca Allah həqiqi möminlərin sifətlərini vəsf edərkən belə buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər". (əl-Mu'minun, 1-2). Həmçinin oxuyun: 
Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?
Namaz sözlərinin mənasını yaza bilərsinizmi?

Namazlara həvəssiz, səhlənkar yanaşmaq da imanın zəifliyindən irəli gəlir. Çalışın imanınızı artırasınız. Daha ətraflı: İmanı artırmaq üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: