Məziyə bulaşan paltar necə təmizlənməlidir?
Sual:
Salam Aleykum. Siz mezi haqqinda qeyd etmisdizki mezi deyen paltari bir ovuc su ile temizlemek lazimdi ve destemaz. Basqa bir sualda ise yuxudan oyananda mezi gorunse onda paltari deyismek ve destemaz almaq lazimdir. Onda eger yuxudan oyanarken paltarda mezi gorunerse temizlemek yox mutleq deyismey lazimdi?
Cavab:
Va aleykum Salam. Paltarın məzidən təmizlənməsi haqda rəvayət edilir ki, Səhl ibn Huneyf (Allah ondan razı olsun) demişdir: "Mən məzidən çox əziyyət çəkir və buna görə çox çimirdim. Sonra bu haqda Peyğəmbərə (salləllahu aleyhi və səlkəm) xəbər verdikdə o dedi: "Buna görə təkcə dəstəmaz almağın kifayətdir". Mən dedim: "Ey Allahın elçisi, bəs paltarıma dəyənini necə edim?" O dedi: "Paltarına bulaşdığını gördükdə bir ovuc su alıb onun üzərinə tökməyin kifayətdir". (İbn Məcəh, 506). Daha ətraflı:
Murdar şeylərdən təmizlənməyin üsulları