Qız övladını ərə verərkən onun üçün süd pulu almaq düzgündürmü?
Sual:
Salam.Xahiş edirəm sualımı cavablandırın.Qız övladını ərə verərkən ona süd pulu (başlıq pulu ya da atalıq)almaq doğrudurmu.Ümumiyyətlə islam dininə görə bunun bir əsası varmı? yoxsa bu sadəcə el adətidirmi?
Cavab:
Va aleykum Salam. İslama görə qızı ərə verərkən ona verilən qızıl-zinət əşyalarına və ya pula mehr deyilir. Lakin süd pulundan və ya başlıqdan fərqli olaraq mehr valideynin yox, qızın öz şəxsi mal-dövləti sayılır. Daha ətraflı:
Evlənərkən qadına mehr vermək vacibdirmi?
Nikah bağlamağın qaydaları