Müalicə mümkün olduğu təqdirdə abort etdirmək günahdırmı?

    26.05.2018
Kimdən: 
amira
Sual: 
salam aleykum, 1 ayliq problemli hamileliyi mualicesi mumkun oldugu halda aradan qaldirildi, hamileliyin davam etdirmesi mumkun idi ama cox cetin kececek hekimin dediyine gore, duwme ehtimalida ola bilerdi, olmayada bilerdi. elm ehlinin bir necesinden bu haqda sual verildi, ruh verilmediyine gore hamileliyi dayandirmaq olar dediler, ama ureyimde wubhe qalib, cox boyuk pewmanciliq kecirirem. narahatam, bu gunahdir? eger gunahdirsa keffaresi nedir?
Cavab: 
Va aleykum Salam. Əgər uşağı dünyaya gətirmək qadının sağlamlığı üçün ciddi təhlükə yaradarsa, abort etməyə icazə verilir. Bunu isə inanılmış, peşəkar həkimlər təsdiq etməlidir. Digər hallarda isə hamiləliyin neçənci həftədə olmasından asılı olmayaraq abort etmək haramdır. 
Elə bir günah yoxdur ki, o günaha görə Allaha səmimi qəlbdən tövbə edilsin, lakin Allah bu günahı bağışlamasın. Ona görə siz tövbə edin, xeyirli əməlləri və ibadətləri çoxaldın və bir daha belə günaha düşməmək lazımi tədbirləri görün. Daha ətraflı:
Paylaş: