Yemək bişirilən zaman yanında söyüş söyülübsə, onu yemək olarmı?
Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Söyüş söymək əxlaqa zidd olan günah əməllərdəndir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir qövm digərini məsxərəyə qoymasın! Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın! İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Tövbə etməyənlər – məhz onlar zalımlardır". (əl-Hucurat, 11).
"Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir". (ən-Nisa, 148).
Sözünü eşidib dinlədiyi mötəbər insanlar ərinizə bu pis xüsusiyyəti tərk etməsi üçün nəsihət etsinlər. Siz və uşaqlarınız dini öyrənərək xeyirli əməllər edin, Quran oxuyun, namaz və digər ibadətləri artıraraq ərinizə əxlaqınızla nümunə olun. Ola bilsin ki, sizin əxlaqınız ona təsir etsin. Bunun üzərində uzun müddət səbr edin və Allaha çoxlu dua edib yalvarın. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).
Söyüş söymək günah və müsəlmana yaraşmayan xüsusiyyət olsa da, yanında söyüş söyülən yeməyi yeməyə aid heç bir qadağa yoxdur. Həmçinin oxuyun:
Ailəsi cahil olan qadın onları haqq yol necə dəvət etsin?
Söyüş söymək barəsində hədislər
Bir insanı günahdan necə çəkindirmək olar?